...

Nə qədər ki gec deyil, beynəlxalq birlik İranı dayandırmalıdır - Benyamin Netanyahu

Siyasət Materials 24 Sentyabr 2011 11:56 (UTC +04:00)

ABŞ, Nyu-York, 24 sentyabr /Trend, müxbir A.Qasımova/

Nə qədər ki çox gec deyil, beynəlxalq birlik İranı dayandırmalıdır. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu cümə günü BMT Baş Assambleyasında çıxışı zamanı deyib. Bu barədə Trend-in xüsusi müxbiri xəbər verir.

"Əgər İran dayandırılmasa, hamımız nüvə terrorizmi ilə üzləşəcəyik. "Ərəb baharı" tezliklə "İran qışı"na çevrilə bilər və bu, faciə olacaq", - Netanyahu deyib.

Mahmud Əhmədinejadın BMT-dəki çıxışına toxunan Netanyahu bəyan edib ki, "bəziləriniz bu zalı tərk etdiniz - Siz hamınız belə etməli idiniz".

Cümə günü İran Prezidenti çıxışına başlayandan dərhal sonra ABŞ nümayəndə heyəti BMT Baş Assambleyasının iclas zalını tərk edib. İran Prezidenti Mahmud Əhmədinejad öz çıxışında Birləşmiş Ştatları və Qərbi "bəşəriyyətin bütün problemlərində" günahlandırıb.

"Liviya Qəddafinin dövründə BMT-nin İnsan haqları komissiyasına sədrlik edirdi, İraq Səddam Hüseynin zamanında BMT-nin Silahsızlaşdırma Komitəsinə rəhbərlik edirdi. Bunun keçmiş olduğunu demək mümkündür. Bəs, bu gün nə baş verir? Hazırda BMT TŞ-yə sədrlik edən "Hizbullah" Livana nəzarət edir. Bu o deməkdir ki, terrorçu təşkilat sədrlik edir", - o deyib.

"Milyonlarla ərəb istibdadı devirmək üçün küçələrə çıxıb və əgər azadlığa və sülhə sadiq olanlar daha çox olarsa, heç kim bundan İsrail qədər udmayacaq. İsraildə sülhə ümid edirlər", - Benyamin Netanyahu əlavə edib.

Netanyahunun sözlərinə görə, İsrail sülh əlini bütün qonşularına, xüsusilə, fələstinlilərə uzadır.

Xəbər lenti

Xəbər lenti