...

Türkiyə terrorizmlə mübarizədə İranla əməkdaşlıq edəcək - Ərdoğan

Siyasət Materials 24 Sentyabr 2011 11:26 (UTC +04:00)
Türkiyə və İran terrorizmlə mübarizədə sıx əməkdaşlıq edəcəklər. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə terrorizmlə mübarizədə İranla əməkdaşlıq edəcək - Ərdoğan

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə və İran terrorizmlə mübarizədə sıx əməkdaşlıq edəcəklər. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Məlumatı şənbə günü "Sabah" qəzeti yayıb.

"Biz artıq terrorizmlə mübarizə üçün kəşfiyyat sahəsində əməkdaşlıq edirik", - Baş nazir bildirib.

O, həmçinin qeyd edib ki, İraqın şimalında terrorçularla mübarizə üzrə əməliyyatlar onlar tam məhv edilənədək davam edəcək.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra Şimali İraqda Kürd İşçi Partiyasının (PKK) terrorçularının mövqelərinə aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü.

Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti