...

Vətəndaş Həmrəyliyi Partiyası 19 illiyini qeyd edib

Siyasət Materials 26 Sentyabr 2011 13:47 (UTC +04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mərkəzi qərargahında partiyanın 19 illiyi ilə bağlı VHP Siyasi Şurası və Sədr Aparatının iştirakı ilə tədbir keçirilib. Bu barədə bazar ertəsi Trend-ə VHP-nin mətbuat xidmətindən məlumat verilib.
Vətəndaş Həmrəyliyi Partiyası 19 illiyini qeyd edib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir T.Hacıyev/

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mərkəzi qərargahında partiyanın 19 illiyi ilə bağlı VHP Siyasi Şurası və Sədr Aparatının iştirakı ilə tədbir keçirilib. Bu barədə bazar ertəsi Trend-ə VHP-nin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın 19 illik tarixi yol keçdiyini xatırladıb.

"1992-ci il sentyabrın 26-da Vətəndaş Həmrəyliyi Partiyasının ilk təsis konfransı baş tutdu. O vaxtdan Azərbaycan cəmiyyətinə "vətəndaş həmrəyliyi", "vətəndaş birliyi", "milli birlik" ideologiyası daxil oldu və aradan keçən bu illərdə ideologiyamızın genişlənməsi üçün işlər görüldü, partiya öz siyasi xəttindən bir dəfə də olsun yayınmadı. Hazırda bütün siyasi qüvvələr bölgədə baş verən prosesləri nəzərə alaraq, ölkənin nicatının vətəndaş həmrəyliyində olduğunu vurğulayırlar. Bu, bizim ideologiyamızın nə qədər gərəkli və strateji baxımdan əhəmiyyətli olmasının göstəricisidir", - Rüstəmxanlı vurğulayıb.

Onun sözlərinə görə, 19 ildə partiyanın sıraları çox genişlənib, bütün Azərbaycanı əhatələyib.

"Hazırda 80 rayon təşkilatımız, 20 mindən artıq üzvümüz var. VHP həmişə dinc siyasi mübarizənin tərəfində olub və seçkilərdə iştirakı ilə fərqlənib. Son bələdiyyə seçkisində 115, parlament seçkisində 3 namizədimiz qalib gəlib. VHP Avropa Şurası Parlament Assambleyasında da müxalifəti təmsil edən partiyadır", - Rüstəmxanlı deyib.

VHP-nin 19 illik fəaliyyəti ilə Azərbaycanın ictimai-fikir tarixində özünəməxsus yer tutduğunu nəzərə çatdıran partiya sədri gələn il partiyanın yubiley ili olduğunu xatırladıb.

"Gələn il partiyamızın yaranmasının 20 illiyini qeyd edəcəyik. Ümid edirəm ki, VHP-çilər öz fəaliyyətləri ilə bu yubileyə töhfələrini verəcəklər", - millət vəkili qeyd edib.

Xəbər lenti

Xəbər lenti