Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Oktyabrın 5-də Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO baş katibinin dəvəti ilə Brüsselə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirilib ki, Əbiyev
NATO və İSAF əməliyyatına töhfə verən tərəfdaş ölkələrin müdafiə nazirlərinin iclasında iştirak edəcək.