...

Azərbaycan və Koreya əməkdaşlığın inkişafında maraqlıdırlar - səfir

Siyasət Materials 5 Oktyabr 2011 23:41 (UTC +04:00)
Azərbaycan və Koreya arasındakı qarşılıqlı əməkdaşlıq hər iki dövlətin qarşılıqlı maraqlarından irəli gəlib. Xüsusilə də, bu əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən Koreyanın Bilik günü bayram şənliyində iştirak etməsi çox önəmlidir. Bu barədə Trend-ə Koreyanın Azərbaycandakı səfiri Djiha Li Bakıdakı bayram şənliyində bildirib.
Azərbaycan və Koreya əməkdaşlığın inkişafında maraqlıdırlar - səfir

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir T.Konyayeva/

Azərbaycan və Koreya arasındakı qarşılıqlı əməkdaşlıq hər iki dövlətin qarşılıqlı maraqlarından irəli gəlib. Xüsusilə də, bu əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən Koreyanın Bilik günü bayram şənliyində iştirak etməsi çox önəmlidir. Bu barədə Trend-ə Koreyanın Azərbaycandakı səfiri Djiha Li Bakıdakı bayram şənliyində bildirib.

Səfirin sözlərinə görə, 1992-ci ildən diplomatik münasibətlər qurulan andan Azərbaycan və Cənubi Koreya ilə münasibətlər dinamik olaraq inkişaf etmişdir, 1996-1997-ci illərdəki prezidentlərin qarşılıqlı səfərləri isə bu prosesi daha da sürətləndirmişdir.

"Buna 2005-2010-cu illərdə məhsul dövriyyəsinin 11 dəfə artması dinamik inkişafa misal olaraq göstərmək olar, 2010-cu ildə Koreya Azərbaycanda investor ölkələr siyahısında yeddinci yeri tutmuşdur", - səfir bildirib.

Onun sözlərinə görə, xüsusilə ölkələr arasında münasibətlər nəqliyyat, tikinti və telekomunikasiya sahələrində intensiv olaraq inkişaf edir.

Azərbaycanın Nəqliyyat Naziri Ziya Məmmədov da iki dövlət arasında yüksək səviyyəli münasibətlərin mövcudluğunu qeyd edib və Azərbaycan hökuməti adından Cənubi Koreyanın Dağlıq Qarabağ problemində göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.

"Biz Cənubi Koreyaya Azərbaycanın müstəqilliyini tanınan ilk ölkələrindən olduğu, və ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyi üçün minnətdarıq", - Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti