...

İlham Əliyev Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbərini qəbul edib

Siyasət Materials 10 Oktyabr 2011 14:10 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib
İlham Əliyev Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan Respublikası və Rusiya Federasiyası tərəfindən əsası qoyulan Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd olundu, bu tədbirin beynəlxalq əməkdaşlığın genişlənməsi, xalqların və ölkələrin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyi vurğulandı.

Görüşdə, həmçinin Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Xəbər lenti

Xəbər lenti