...

Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib (FOTO)

Siyasət Materials 11 Oktyabr 2011 00:05 (UTC +04:00)
Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə oktyabrın 10-da “Buta” sarayında rəsmi ziyafət verilib.
Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə rəsmi ziyafət verilib (FOTO)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə oktyabrın 10-da "Buta" sarayında rəsmi ziyafət verilib.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev ziyafət iştirakçılarını salamlayaraq dedi:

"Mən sizin hamınızı bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz! Bu gün Birinci Bakı Beynəlxalq Humanitar Forumu öz işini uğurla davam etdirib. Birinci gün çox uğurlu oldu. Forum çərçivəsində səslənən fikirlər humanitar sahədə əməkdaşlığa böyük töhfə verdi.
Mən Forumda çıxış etmiş bütün natiqlərə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Forum sabah da davam edəcəkdir. Sabah müxtəlif seksiyalarda biz dəyərli və maraqlı çıxışları dinləyəcəyik. Bir sözlə, mən çox şadam ki, bu Forum xalqları birləşdirən Forum oldu. Bu Forum dünyada xoşniyyətli qüvvələri bir araya gətirən Forum oldu. Mən ümid edirəm ki, bu Forumun çox gözəl nəticələri olacaqdır.
Bu Forumda iştirak etmiş bütün qonaqları səmimiyyətlə salamlayıram. Xüsusilə, mənim həmkarlarımı - sabiq prezidentləri səmimiyyətlə salamlayıram. Beynəlxalq təşkilatların rəhbərlərini salamlayıram. Görkəmli dövlət xadimləri, ictimai xadimlər, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin üzvləri, jurnalistlər - bu gün bizim aramızdadırlar. Onlar bizim qonaqlarımızdır. Hesab edirəm ki, Bakı Beynəlxalq Humanitar Forumu dünya miqyasında özünə layiq yerini tutacaqdır. Ümid edirəm ki, bu Forumun gələcəyi çox gözəl olacaqdır".

Sonra xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti oldu.

Xəbər lenti

Xəbər lenti