...

Əli Əhmədov: Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əzəmətli inkişaf mərhələsi keçib

Siyasət Materials 15 Oktyabr 2011 12:25 (UTC +04:00)
Müstəqilliyin 20 ili Azərbacana möhtəşəm inkişaf gətirib.
Əli Əhmədov: Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əzəmətli inkişaf mərhələsi keçib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir M.Əliyev/

Müstəqilliyin 20 ili Azərbacana möhtəşəm inkişaf gətirib. Trend-in məlumatına görə, bunu jurnalistlərə şənbə günü Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

"Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaşadığımız 20 il ərzində əzəmətli, möhtəşəm inkişaf mərhələsi keçib", - Əhmədov vurğulayıb.

Onun sözlərinə görə, 20 il ərzində Azərbaycan əhəmiyyətli dərəcədə dəyişib.

"Bir millətin əldə etdiyi müstəqillik 20 il ərzində nə verə bilərsə, bu müddətə bir millət nələri qazana bilərsə, Azərbaycan onlara artıqlaması ilə nail ola bilib", - o deyib.

Əhmədovun sözlərinə görə, 90-cı illərin əvvəllərindəki xaos və anarxiyadan qurtulan Azərbaycan indi bölgənin ən güclü, ən qüdrətli dövlətinə çevrilib, dünya səviyyəsində öz rolunu və mövqeyini əhəmiyyətli dərəcədə yüksəldib, ordusunu qüdrətləndirib.

Oktyabrın 18-i Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümüdür.

Xəbər lenti

Xəbər lenti