...

Dövlət Sərhəd Xidmətində Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib

Siyasət Materials 17 Oktyabr 2011 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir T.Hacıyev/

Dövlət Sərhəd Xidmətində (DSX) bazar ertəsi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev 1918-ci ildə demokratik, dünyəvi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Şərqdə ilk parlament respublikasının əsasının qoyulduğunu qeyd edib.

"1991-ci il oktyabrın 18-də Azərbaycan AXC-nin varisi və müstəqil dövlət olduğunu sübut etdi. Həmin gün tarixə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu", - o deyib.

Onun sözlərinə görə, müstəqilliyin ilk illərində ölkədə hərc-mərclik, milli sərvətlərin talan edilməsi, sosial iqtisadiyyat çətin durumda olub və xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdıb və bununla da Azərbaycanın inkişafı başlayıb.

Elçin Quliyev bildirib ki, müstəqillik illərində sərhəd mühafizəsinin qurulması, mühafizəçilərin hazırlanması, döyüş hazırlığı inkişaf etdirilib. "Dövlət müstəqilliyinin əsas göstəricilərindən biri Azərbaycanın sərhəd təhlükəsizliyinin qorunmasının Avropa standartlarına uyğun səviyyədə keçirilməsidir", - Quliyev deyib.

Onun sözlərinə görə, bu illər ərzində sərhəd zastavaları, qarnizonlar, yeni hərbi müəssisələr, hərbi anbarlar bərpa olunaraq müasir avadanlıqlarla təchiz olunub. "Son beş ildə ümumilikdə 910, Bakıda isə 492 xidməti mənzillər istifadəyə verilib", - general-leytenant deyib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin bir neçə zabitinə fəaliyyətlərindəki uğurlarına görə mükafatlar verilib. Mükafatları DSX-nın rəisi Elçin Quliyev təqdim edib.

Xəbər lenti

Xəbər lenti