...

Hulusi Kılıç Azərbaycan xalqını təbrik edib

Siyasət Materials 19 Oktyabr 2011 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü münasibətilə Azərbaycan xalqını təbrik edib.

"Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünü qardaş Azərbaycanda qeyd etməkdən böyük qürur və sevinc hissi keçirdiyimi bildirmək istəyirəm. Azərbaycanımızın müstəqilliyinin əbədi olmasını və bayrağının göylərdə sonsuza qədər dalğalanmasını diləyirəm. Bu münasibətlə azərbaycanlı bacı və qardaşlarımı səmimi qəlbdən təbrik edir, hər bir ailəyə can sağlığı, firavanlıq, xoşbəxtlik, sevinc dolu günlər diləyir və qardaş xalqın sülh və sabitlik içində yaşamasını arzu edirəm", - Trend-in məlumatına görə, Kılıç təbrik məktubunda deyib.

Xəbər lenti

Xəbər lenti