...

Azərbaycan Daxili Qoşunlarının komandanı ukraynalı həmkarı ilə görüşüb

Siyasət Materials 20 Oktyabr 2011 11:00 (UTC +04:00)
Bu gün Azərbaycan DİN-in Daxili Qoşunlarının komandanı Zakir Həsənov ölkəmizdə səfərdə olan ukraynalı həmkarı Sergey Yarovoy ilə görüşüb.
Azərbaycan Daxili Qoşunlarının komandanı ukraynalı həmkarı ilə görüşüb

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir T.Hacıyev/

Bu gün Azərbaycan DİN-in Daxili Qoşunlarının komandanı Zakir Həsənov ölkəmizdə səfərdə olan ukraynalı həmkarı Sergey Yarovoy ilə görüşüb.

Daxili Qoşunların mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları səmimi salamlayan Zakir Həsənov səfər müddətində qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunacağını bildirib.

Həsənov iki ölkənin Daxili Qoşunları arasında döyüş hazırlığı sahəsində təcrübə mübadiləsi ilə bağlı müzakirələrin aparılmasını da vacib sayıb.

Görüşdə ictimai asayişin təmin olunması və gələcəkdə iki ölkə arasında müdavim mübadiləsi ilə bağlı müzakirələr aparılıb.
Qonaq müzakirələrin məhsuldar olacağına ümid etdiyini vurğulayıb.

Yarovoy Azərbaycan Daxili Qoşunlarının komandanı, general-leytenant Zakir Həsənovun dəvəti ilə Azərbaycanda səfərdədir.

Tanışlıq məqsədi daşıyan səfər oktyabrın 22-dək davam edəcək.

Səfər çərçivəsində Azərbaycan və Ukraynanın müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə oluncaq, qonaq Daxili Qoşunların hərbi hissələri ilə tanış olacaq.

Xəbər lenti

Xəbər lenti