...

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Kralına başsağlığı verib

Siyasət Materials 22 Oktyabr 2011 13:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səuda başsağlığı verib.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Kralına başsağlığı verib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səuda başsağlığı verib.

"Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, görkəmli dövlət xadimi, qardaşınız Sultan bin Əbdüləziz Al Səudun vəfatı xəbərindən son dərəcə kədərləndim. Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, ailənizin bütün üzvlərinə, qardaş Səudiyyə Ərəbistanı xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", - Trend-in məlumatına görə, Prezidentin başsağlığı məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti