...

Van əyalətində baş verən zəlzələdə azərbaycanlı vətəndaşların xəsarət alması barədə məlumat daxil olmayıb - konsul

Siyasət Materials 24 Oktyabr 2011 00:28 (UTC +04:00)
Hələki Azərbaycanın Türkiyədəki Səfirliyinə Van əyalətində baş verən zəlzələdə azərbaycanlı vətəndaşların xəsarət alması barədə məlumat daxil olmayıb, bunu bazar günü Trend-ə səfirliyin konsulu Şöhrət Mustafayev deyib.
Van əyalətində baş verən zəlzələdə azərbaycanlı vətəndaşların xəsarət alması barədə məlumat daxil olmayıb - konsul

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir S.Ağayeva/

Hələki Azərbaycanın Türkiyədəki Səfirliyinə Van əyalətində baş verən zəlzələdə azərbaycanlı vətəndaşların xəsarət alması barədə məlumat daxil olmayıb, bunu bazar günü Trend-ə səfirliyin konsulu Şöhrət Mustafayev deyib.

"Azərbaycanın Ankaradakı Səfirliyi və Qarsdakı Baş konsulluğu hazırda gücləndirilmiş iş rejimində işləyir və hələki Van əyalətinin yerli orqanlarından, hadisə yerində işləyən şəxslərdən zəlzələ nəticəsində Azərbaycan vətəndaşlarının xəsarət aldığı barədə məlumat daxil olmayıb" Mustafayev deyib.

Bu gün Bakı vaxtı ilə saat 15:41-də Türkiyənin şərqində episentri Van şəhərindən 42 km şimalda olmaqla 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı titrəyişlər Diyarbəkir, Batman, Şırnak, Muş, Ərzurum, Bingöl, Bitlis, Siirt, Mardin şəhərlərində hiss edilib. Dağıntıların olduğu və eyni zamanda dağıntılar altında insanların qaldığı bildirilir. Türkiyə mətbuatının məlumatına görə, ölənlərin sayının 1000-ə çatacağı gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, zəlzələ Azərbaycanın Naxçıvan MR-nın Sədərək, Şərur, Babək rayonlarında eləcə də Naxçıvan şəhərində 3.5-3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur.

Xəbər lenti

Xəbər lenti