...

BAXCP qurultaya hazırlaşır

Siyasət Materials 24 Oktyabr 2011 14:24 (UTC +04:00)
Azərbaycanın müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) qurultaya hazırlaşır. Bu barədə bazar ertəsi Trend-ə BAXCP-nin mətbuat xidmətindən məlumat verilib.
BAXCP qurultaya hazırlaşır

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) qurultaya hazırlaşır. Bu barədə bazar ertəsi Trend-ə BAXCP-nin mətbuat xidmətindən məlumat verilib.

Partiyanın İdarə Heyətinin bazar ertəsi keçirilən toplantısında qurultaya hazırlıq məsələləri müzakirə olunub, təşkilati məsələlərlə bağlı müzakirələr aparılıb. Bir sıra rayon təşkilatlarının müraciətlərinə baxılıb, BAXCP Ali Məclisinin oktyabrın 29-da keçiriləcək sessiyasının gündəliyi təsdiqlənib.

Ali Məclisin sessiyasında BAXCP-nin III (IV) Qurultayının çağırılması və Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması ilə bağlı qərarların qəbul edilməsi gözlənilir.

Partiyanın II (III) Qurultayı 2008-ci il iyunun 7-də keçirilib.

Xəbər lenti

Xəbər lenti