...

İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

Siyasət Materials 31 Oktyabr 2011 18:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu ünvanlayıb.

"Əlcəzairin milli bayramı - İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev Əbdüləziz Buteflikaya möhkəm cansağlığı, işlərində uğurlar, dost Əlcəzair xalqına sülh və tərəqqi arzulayıb.

Xəbər lenti

Xəbər lenti