...

Hüseyn Diriöz: NATO Azərbaycanda müdafiə sahəsindəki islahatları dəstəkləyir

Siyasət Materials 25 Noyabr 2011 14:57 (UTC +04:00)
NATO Azərbaycanda müdafiə sahəsində aparılan islahatları dəstəkləyir.
Hüseyn Diriöz: NATO Azərbaycanda müdafiə sahəsindəki islahatları dəstəkləyir

Azərbaycan, Bakı, 25 noyabr / Trend müxbir E.Mehdiyev/

NATO Azərbaycanda müdafiə sahəsində aparılan islahatları dəstəkləyir. Trend-in məlumatına görə, bunu Bakıda bu gün Azərbaycan NATO Beynəlxalq Məktəbinin (NİSA) təşkilatçılığı ilə keçirilən "Müstəqilliyin 20 illiyi: Azərbaycan xarici siyasətinin təkamülü" adlı konfransda NATO baş katibinin müdafiə siyasəti və planlaşdırma üzrə müavini Hüseyn Diriöz bildirib.

Onun sözlərinə görə, Azərbaycan terrorizm kimi beynəlxalq təhlükələrlə mübarizəyə öz dəyərli töhfəsini verir.

Enerji sahəsində mühüm iştirakçı olan Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində və bir çox digər sahələrdə əməkdaşlıqda mühüm bir ölkədir.

NATO-nun Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Gürcüstan və Ermənistanla əməkdaşlığı əsasən "Sülh naminə tərəfdaşlıq", "Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı", həmçinin, "Planlaşdırma prosesi və analiz" proqramları əsasında həyata keçirilir. Həmin sənədlərdə tərəfdaş ölkələrin Şimali Atlantika Alyansı ilə müdafiə, təhlükəsizlik və hərbi siyasət sahələrində islahatlara dair məsləhətlərin aparılması üzrə məqsəd və niyyətləri müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti