...

Türkiyə İrana etiraz notası təqdim edib

Siyasət Materials 1 Dekabr 2011 10:47 (UTC +04:00)
Türkiyə bu yaxınlarda İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) aerokosmik bölməsinin komandanı Əmir Əli Hacızadənin Türkiyə ərazisindəki NATO-nun raket hücumundan müdafiə obyektlərinə İranın zərbə endirməyə hazır olduğu barədə dedikləri ilə bağlı İslam Respublikasına etiraz notası təqdim edib.
Türkiyə İrana etiraz notası təqdim edib

Azərbaycan, Bakı, 1 dekabr / Trend /

Türkiyə bu yaxınlarda İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) aerokosmik bölməsinin komandanı Əmir Əli Hacızadənin Türkiyə ərazisindəki NATO-nun raket hücumundan müdafiə obyektlərinə İranın zərbə endirməyə hazır olduğu barədə dedikləri ilə bağlı İslam Respublikasına etiraz notası təqdim edib. Trend-in məılumatına görə, bu barədə Türkiyənin "Milliyət" qəzeti yazır.

Ötən həftə Hacızadə bəyan edib ki, əgər ABŞ və ya İsrail tərəfdən Tehranın təhlükəsizliyi hədələnərsə, İran Türkiyə ərazisindəki NATO-nun raket hücumundan müdafiə obyektlərinə zərbə endirməyə hazırdır.

"Bizim üçün təhlükə yaranarsa, əvvəlcədən Türkiyədəki NATO RHM obyektlərinə zərbələr endirməyə hazırıq, bundan sonra digər regionlara zərbələr endirməyi hərbi qüvvələrimiz qarşısında vəzifə qoyacağıq", - Hacızadə deyib.

Çərşənbə günü Ciddədə İslam Əməkdaşlığı Təşkilatının (İƏT) təcili iclası zamanı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və İranın xarici işlər naziri Əli Əkbər Salehi bu məsələni də müzakirə ediblər.

Salehi deyib ki, Əmir Əli Hacızadənin bəyanatı İranın rəsmi mövqeyinə uyğun deyil.

Xəbər lenti

Xəbər lenti