...

Benilüks Azərbaycanlıları Konqresinin qurultayı keçiriləcək

Siyasət Materials 13 Dekabr 2011 13:18 (UTC +04:00)
Benilüks Azərbaycanlıları Konqresinin qurultayı keçiriləcək.
Benilüks Azərbaycanlıları Konqresinin qurultayı keçiriləcək

Azərbaycan, Bakı, 13 dekabr / Trend müxbir E.Mehdiyev/

Benilüks Azərbaycanlıları Konqresinin qurultayı keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, dekabrın 17-də Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) III Qurultayı və yaradılmasının 5 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək.

Məlumatda qeyd olunur ki, qurultayın işində millət vəkilləri, siyasi xadimlər, Hollandiyada və Belçikada akkreditə olunmuş diplomatik korpusların nümayəndələri, Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərləri, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.

Məlumatda həmçinin vurğulanır ki, qurultayda BAK-ın yeni İdarə Heyəti formalaşdırılacaq, yeni sədr seçilcək.

Mərkəzi mənzil-qərargahı Amsterdam şəhərində yerləşən BAK 2006-cı ildə yaradılıb. Fəaliyyət göstərdiyi müddət ərzində BAK Benilüks ölkələrində Azərbaycan diasporunun təşkilatlanması işində mühüm işlər görüb. BAK Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasında, xalqımızın milli-mədəni irisinin, zəngin tarixinin təbliğ olunmasında bir sıra kütləvi tədbirlər həyata keçirib və hazırda Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədəyönlü iş aparır.

Benilüks ölkələrində fəaliyyət göstərən İraq türkmənlərinin icmaları da BAK-ın tərkibinə daxildir.

Xəbər lenti

Xəbər lenti