...

Azərbaycanda bir bələdiyyədə keçirilən seçkilərin nəticələri ləğv olunub

Siyasət Materials 19 Dekabr 2011 17:52 (UTC +04:00)
Azərbaycanda bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlərin ümumi yekunlarına görə 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsində Bədəlli bələdiyəsində keçirilən seçkilərin nəticələri ləğv olunub.
Azərbaycanda bir bələdiyyədə keçirilən seçkilərin nəticələri ləğv olunub

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlərin ümumi yekunlarına görə 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsində Bədəlli bələdiyəsində keçirilən seçkilərin nəticələri ləğv olunub. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komisiyasının bazar ertəsi keçirilən iclasında qərar qəbul olunub.

Komissiyanın iclasında 329 bələdiyyəyə keçirilən seçkilərin nəticələri etibarlı hesab olunub. Seçki komissiyasının üzvləri protokol imzalayaraq bunu təsdiq ediblər.

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər 2011-ci il noyabrın 30-da keçirilib.

330 bələdiyyə üzrə 464 yerə 1549 nəfər öz namizədliyini irəli sürüb. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşüb.

Seçkiləri izləmək üçün 9923 müşahidəçi qeydiyyatdan keçib. Seçkilərdə 1 155 864 nəfərin səsvermə hüququ olub.

Xəbər lenti

Xəbər lenti