...

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü 2012-ci ilin ilk aylarında baş tuta bilər - Fasye

Siyasət Materials 19 Dekabr 2011 18:01 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü 2012-ci ilin ilk aylarında baş tuta bilər.
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü 2012-ci ilin ilk aylarında baş tuta bilər - Fasye

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü 2012-ci ilin ilk aylarında baş tuta bilər. Trend-in məlumatına görə, bunu bazar ertəsi keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun sabiq həmsədri Bernar Fasye bildirib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan sonuncu dəfə Rusiya prezidenti Dmitriy Medvedevin iştirakı ilə iyunun 24-də Kazanda görüşüblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti