...

Qrem Uilsonun "Azərbaycan Prezidenti: onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Siyasət Materials 22 Dekabr 2011 20:19 (UTC +04:00)
Bakıda cümə axşamı Qrem Uilsonun müəllifi olduğu "Azərbaycan Prezidenti: onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" kitabının təqdimat mərasimi keçirilib.
Qrem Uilsonun "Azərbaycan Prezidenti: onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir M.Əliyev/

Bakıda cümə axşamı Qrem Uilsonun müəllifi olduğu "Azərbaycan Prezidenti: onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" kitabının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə kitabın müəllifi bildirib ki, son 8 il ərzində İlham Əliyev və onun hökuməti beynəlxalq birlikdə, həmçinin, ölkənin sosial, iqtisadi sahəsində çox mühüm nailiyyətlərə imza atıb. "İlham Əliyev Azərbaycan üçün intibah dövrünü açdı", - Uilson deyib.

Uilson qeyd edib ki, kitab hazırlanan zaman İlham Əliyevlə görüşündə Azərbaycanın ərazi bütövlüyünün nə vaxt bərpa olunacağını soruşub. "O mənə dedi ki, bu problem çox yaxında - onun prezidentliyi dövründə həllini tapacaq", - müəllif bildirib.

O qeyd edib ki, kitabın 10 minlərlə nüsxəsinin çap edilərək aparıcı kitab mağazalarına çıxarılması planlaşdırılır.

Bilkənd Universitetinin rektoru Əli Doğramacı tədbirdə çıxışı zamanı bildirib ki, kitabın Azərbaycan dilinə də tərcümə olunmasına ehtiyac var. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti üçün də "Azərbaycan Prezidenti: onun sülh naminə mübarizəsi və gələcəyə baxışı" kitabında qeyd olunan məqamları oxumaq maraq kəsb edəcək. O, həmçinin, kitabın rəqəmsal formatda yayımlanmasını təklif edib. Doğramacı deyib ki, bu, kitabın geniş ictimaiyyət üçün tanıdılmasında mühüm addım ola bilər.

Kitabın təqdimat mərasimində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, kitabda olan 500-dən çox səhifənin yarısı ümumilli lider Heydər Əliyevə həsr olunub. "Burada təəcüblü heç nə yoxdur. Çünki Heydər Əliyevin qətiyyəti olmasaydı, ölkə bərqərar ola bilməzdi", - o deyib.

Səfir qeyd edib ki, atasının yanında keçdiyi siyasi və həyat məktəbi İlham Əliyevin müasir səviyyəli siyasətçi kimi formalaşmasında əsas faktor olub. Doroxin bildirib ki, bu il öz müstəqilliyinin 20-ci ildönümünü qeyd edən Azərbaycan MDB məkanında ən sürətli inkişaf tempini nümayiş etdirir. Onun sözlərinə görə, ölkə, həmçinin, öz mədəniyyətini və milli ənənələrini qoruyaraq mədəniyyətlərarası dialoq üçün meydana çevrilib.

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza təqdimat mərasimində bildirib ki, kitabda müəllif hazırkı Prezident İlham Əliyevin və sabiq Prezident Heydər Əliyevin həyatını çox aydın şəkildə işıqlandırıb. O, xüsusilə, kitabda yer alan İlham Əliyevin 6 nömrəli məktəbdə oxuduğu və Moskvada ən nüfuzlu ali məktəblərdən birində təhsil aldığı dövrləri əhatə edən hissənin maraqlı olduğunu vurğulayıb. Kitabın "İlham Əliyevin təvazökar, həqiqəti sevən, səmimi bir insan olmasından bəhs edən fəslini çox sevdim. Bütün bunlar reallığı əks etdirir", - Brayza deyib.

Səfir bildirib ki, İlham Əliyev hakimiyyəti illərində ölkə iqtisadiyyatının diversifikasiyasına nail olub, həmçinin, gələn il Azərbaycanın ilk süni peyki istifadəyə veriləcək.

Xəbər lenti

Xəbər lenti