...

Gənc iş adamları və müğənnilər YAP Gənclər Birliyinin yeni ofisi ilə tanış olublar (FOTO)

Siyasət Materials 26 Dekabr 2011 17:48 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin bazar ertəsi yeni ofisinin açılışı ilə bağlı tədbir keçirilib.
Gənc iş adamları və müğənnilər YAP Gənclər Birliyinin yeni ofisi ilə tanış olublar (FOTO)

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin bazar ertəsi yeni ofisinin açılışı ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə gənc iş adamları, aktyorlar, müğənnilər, incəsənət nümayəndələri və digər qonaqlar iştrak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov gənclərə göstərilən diqqət və qayğıya görə bütün YAP gəncləri adından ölkə rəhbərliyinə, xüsusən də Prezident İlham Əliyevə təşəkkür edib.

"İstifadəyə verilən yeni ofis gənclərimizin fəaliyyətini daha da artıracaq, onlar daha maraqlı layihələr üzərində işləyəcəklər, Azərbaycan gənclərinin daha böyük hissəsi Heydər Əliyev ideyaları, İlham Əliyev siyasəti ətrafında sıx birləşəcək", - Orucov deyib.

Tədbirdə çıxış edən bəstəkar-müğənni Elza Seyidcahan gənclərə göstərilən bu diqqət və qayğını yüksək qiymətləndirib və ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

"Gənclər bizim gələcəyimizdir və bu gün göstərilən bu diqqət və qayğı ölkəmizin gələcək inkişafına böyük töhfə verəcək və gənclərə açılan ən gözəl bir yoldur", - Seyidcahan bildirib.

Tədbirdə iştrak edən Avtovağzal Ticarət Mərkəzinin müdiri Söhrab Ağalarlı öz təbriklərini çatdıraraq yeni ofisin açılışının gənclərin fəallığına təkan verəcəyini bildirib.

"Bu, ölkə rəhbərliyinin gənclərə yönələn siyasətinin davamıdır və işləmək üçün gənclərə gözəl şərait yaradır", - Ağalarlı qeyd edib.

"Premium" reklam şirkətinin direktoru Tural Məlikov da öz təbriklərini çatdıraraq bildirib ki, bu tədbir nəticəsində gənclərə olan diqqət və qayğı daha da artırılacaq.

Zəngilan icra hakimiyyətinin nümayəndəsi Ceyhun Qəniyev tədbir iştirakçılarını təbrik edərək bildirib ki, bu, ölkə Prezidentinin gənclərə verdiyi yüksək qiymətin nəticəsidir.

Daha sonra tədbir iştrakçıları yeni ofisin iş otaqları ilə və gənclərin səmərəli fəaliyyəti üçün orada yaradılan yüksək şəraitlə tanış olublar.

Xəbər lenti

Xəbər lenti