...

Azərbaycan və ABŞ kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması haqqında sazişə dəyişikliklər barədə protokol imzalayıblar

Siyasət Materials 29 Dekabr 2011 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Xarici işlər nazirinin müavini Xələf Xələfov ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ilə görüş keçirib.

XİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər arasında "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında saziş"ə dəyişikliklər edilməsi barədə protokol imzalanıb.

Nazir müavini Xələf Xələfov ABŞ diplomatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti