...

Azərbaycan hökuməti Fövqəladə Hallar Nazirliyinə əlavə vəsait ayırıb

Siyasət Materials 7 Yanvar 2012 10:45 (UTC +04:00)
2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Fövqəladə Hallar Nazirliyinə iki milyon doxsan üç min dörd yüz otuz (2093430) manat məbləğində vəsait ayrılıb.
Azərbaycan hökuməti Fövqəladə Hallar Nazirliyinə əlavə vəsait ayırıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend müxbir K.Zərbalıyeva/

2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Fövqəladə Hallar Nazirliyinə iki milyon doxsan üç min dörd yüz otuz (2093430) manat məbləğində vəsait ayrılıb.

Nazirlər Kabinetindən şənbə günü Trend-ə verilən məlumata görə, hökumətin sərəncamı ilə bu vəsait Türkiyənin Van vilayətində baş vermiş təbii fəlakətdən zərər çəkmiş insanlara göstərilmiş humanitar yardımın dəyərinin və çəkilən nəqliyyat xərclərinin ödənilməsi, habelə yeni ehtiyatların yaradılması məqsədi ilə ayrılıb.

Maliyyə Nazirliyinə həmin vəsaitin ödənilməsini təmin etmək barədə tapşırıq verilib.

Oktyabrın 23-də Van vilayətində 7,2 bal gücündəğ zəlzələ baş verib.

Van zəlzələsində zərərçəkmişlərə yardım göstərilməsi üçün Fövqəladə Hallar Nazirliyi bir neçə dəfə humanitar yardım aparıb.

Vana yola düşmüş Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından 60 cəsəd çıxarılıb, 12 şəxs isə xilas edilib.

Xəbər lenti

Xəbər lenti