...

Azərbaycan və Sankt-Peterburq arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsinə dair müzakirələr aparılıb (FOTO)

Siyasət Materials 18 Yanvar 2012 21:21 (UTC +04:00)
Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulu Qüdsi Osmanov Azərbaycan rəhbərliyinin tapşırığına əsasən Sankt-Peterburqun qubernatoru Qeorqiy Poltavçenko ilə görüş keçirib.
Azərbaycan və Sankt-Peterburq arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsinə dair müzakirələr aparılıb (FOTO)

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir B.Hacıyev/

Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulu Qüdsi Osmanov Azərbaycan rəhbərliyinin tapşırığına əsasən Sankt-Peterburqun qubernatoru Qeorqiy Poltavçenko ilə görüş keçirib.

Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında olan münasibətlərin yüksək templə inkişafı vurğulanıb, Sankt-Peterburq və Azərbaycan arasında iqtisadi, humanitar və mədəni əlaqələrin genişlənməsinə dair müzakirələr aparılıb. Görüş zamanı Baş konsul Azərbaycan tərəfinin Qeorqiy Poltavcenkonu ölkəmizə rəsmi dəvət məktubunu və Azərbaycan hökuməti ilə Sankt-Peterburq hökuməti arasında iqtisadi və hümanitar sahələrdə əməkdaşlıq üzrə hökümətlərarası daimi komissiyanın birinci iclasının Azərbaycanda keçirilməsi təklifini çatdırıb.

Səfər çərçivəsində Sankt-Peterburq və Azərbaycan iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi, Bakıda Sankt-Peterburq mədəniyyət günlərinin təşkili müzakirə olunub.

Baş konsul Sankt-Peterburq və Azərbaycan arasında mövcüd olan dostluq münasibətlərindən söz açdı, iqtisadi məsələlərə toxunaraq, Sankt-Peterburqda "Azərbaycan Beynəlxalq Bankı - Moskva"nın uğurlu fəaliyyəti, bir müddət öncə yeni yaradılan Sankt-Peterburq Azərbaycan İnvestorları Assosiasiyasının gələcək planlarından bəhs edib.

Görüş zamanı Qüdsi Osmanov böyük məmnunluq hissi ilə qeyd etdi ki, 1949-1950-ci illərdə Leninqradda ulu öndər Heydər Əliyevin təhsil aldığı binanın fasadında Sankt-Peterburq sakinlərinin təşəbbüsü ilə xatirə lövhəsinin qoyulması Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.

Sonra baş konsul Heydər Əliyev Fondunun Sankt-Peterburqda həyata keçirdiyi layihələr barədə məlumat verdi. Beləki, Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəlinin yenidən bərpası, Sankt-Peterburqdakı 163 saylı orta məktəbin kompüterlərlə təmin edilməsi və akt zalının təmiri, "BAKU" jurnalının geniş auditoriya arasında abunənin təşkili, "Nevskiy petaçok"da Leninqradın müdafiəsi zamanı həlak olmuş azərbaycanlı əsgərlərin xatirəsinə qoyulan abidəni şəhər rəhbərliyi yüksək qiymətləndirdi. O cümlədən, Azərbaycanla Sankt-Peterburq arasında humanitar sahədə həyata keçirilən layihələrdə Leyla Əliyevanın rolu xüsusi vurğulandı.

Görüşdə Peterburqda yaşayan və təhsil alan azərbaycanlə gənclərdən də söz açıldı. Baş konsul Azərbaycanınla Sankt-Peterburq universitetlərarası əməkdaşlıq haqqında sazişlərin olmasından danışdı, bunun iki ölkə arasında olan münasibətlərin inkişafına töhvə verəcəyini vurğuladı.
Öz növbəsində qubernator Georgiy Poltavçenko Azərbaycana dəvət edilməsindən məmnun olduğunu və təşəkkürünü bildirdi. Azərbaycanda bütün sahələrdə mövcud olan inkişaf, aparılan islahatları böyük maraqla izlədiyini qeyd edərək, dövlətimizin böyük uğurlara nail olduğunu vurğuladı.

O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində Rusiya və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəm təməlinin qoyulduğunu və bu siyasəsətin ölkə başçısı prezindent İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirdiyini söylədi.

Poltavçenko Sankt-Peterburq ilə Azərbaycan arasında olan qarşılıqlı dostluq münasibətlərinin boyük potensiala malik olduğunu diqqətə çatdırdı. O, iqtisadi göstəricilərin də kifayət gədər yüksək olduğunu xüsusi qeyd edərək, Sankt-Peterburqda mövcud olan Azərbaycan investitsiyalarının bəhrəli olduğunu vurğuladı. Şəhər rəsmisi mədəni əlaqələrin gələcək prespektivlərindən söz acaraq, yaxın zamanlarda özünun 75-illik yubileyini geyd edəcək Edita Pyexanın Azərbaycana qastrolunun təşkil edilməsi təklifini irəli sürdü. Eyni zamanda, qubernator Azərbaycanın Sankt-Peterburqla təhsil və elm sahəsində qarşılıqlı əməkdaşlıq, habelə Sankt-Peterburgun tanınmış dövlət mədən universitetində birgə elmi-praktik konfransların keçirilməsini də təklif etdi. O, gənclərin bu kimi layihələrə cəlb edilməsini vacib faktor kimi vurğuladı.

Baş konsul Şimal paytaxtda təhsil alan və yaşayan Azərbaycanlı gənclərin Rusiya cəmiyyətinə integrasiyasından söz açaraq, AMOR təşkilatının bu sahədə gördüyü işlərdən məlumat verdi.

Xəbər lenti

Xəbər lenti