Azərbaycan, Bakı, 19 yanvar / Trend müxbir M.Əliyev/
İraq parlamentinin komitə sədri Azərbaycanla tələbə mübadiləsini təklif edir.
Trend-in məlumatına görə, bunu cümə axşamı İslam Əməkdaşlığı Təşkilatının Parlament Assambleyasında (İƏT PA) Azərbaycanın nümayəndə heyəti ilə görüşdə İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri Hammam Hamudi bildirib.
"İki ölkə arasında vicdani və dini bağlılığı möhkəmləndirmək üçün iraqlıların Azərbaycanda, azərbaycanlıların isə İraqda tədris keçməsini təşkil etmək lazımdır", - Hammudi deyib.
Görüşdə İƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Sabir Rüstəmxanlı bildirib ki, Azərbaycanda hər il İraqdan təhsil almaq üçün gələn tələbələrə viza almağa kömək göstərilir.
Hammudi görüşdə iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib.
"Azərbacanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü bizim üçün şərəfdir", - o qeyd edib.
İƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva görüşdə bildirib ki, Azərbaycanla İraq arasında əlaqələr böyük tarixə malikdir.
Onu sözlərinə görə Azərbaycan beynəlxalq təşkilatlarda, o cümlədə İƏT PA-da İraqın haqq səsini dəstəkləyir.