...

İlham Əliyev Gəncədə Nəriman Nərimanov parkının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 21 Yanvar 2012 14:12 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində Nəriman Nərimanov parkının açılışında iştirak edib.
İlham Əliyev Gəncədə Nəriman Nərimanov parkının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində Nəriman Nərimanov parkının açılışında iştirak edib.

Dövlətimizin başçısı parkın əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı, burada yaradılmış şəraitlə tanış oldu.

Azərbaycan Prezidentinə məlumat verildi ki, ümumi sahəsi 4 min 823 kvadratmetr olan Nəriman Nərimanov parkında geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb, yeni fəvvarə inşa edilib. Gəncə sakinlərinin və şəhərə gələn qonaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı parkda görkəmli dövlət xadimi və mütəfəkkir Nəriman Nərimanovun büstü qoyulub. Burada salınan yaşıllıq zolaqları parkı istirahət üçün əvəzsiz məkana çevirib.

Bildirildi ki, Gəncədə park və xiyabanların əsaslı təmiri və yenidən qurulması, o cümlədən Nəriman Nərimanov parkının gözoxşayan görkəmə qaytarılması bölgələrimizin inkişafı istiqamətində atılan mühüm addımlardan biridir. Parkın dizaynına özünəməxsus elementlər əlavə edilmiş, zövqlü formalarla zənginləşdirilib.

Parkda yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

Xəbər lenti

Xəbər lenti