...

Mədəniyyət millətinə, cinsinə və yaşına baxmayaraq, insanları birləşdirir - azərbaycanlı deputat

Siyasət Materials 24 Yanvar 2012 20:38 (UTC +04:00)
Mədəniyyət millətinə, cinsinə, yaşına və mənşəyinə baxmayaraq, insanları birləşdirir.
Mədəniyyət millətinə, cinsinə və yaşına baxmayaraq, insanları birləşdirir - azərbaycanlı deputat

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Mədəniyyət millətinə, cinsinə, yaşına və mənşəyinə baxmayaraq, insanları birləşdirir. Trend-in məlumatına görə, bu fikirləri çərşənbə axşamı AŞ PA-nın qış sessiyası çərçivəsində Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva fransalı deputat Müryel Marlan-Militello tərəfindən hazırlanan "Hər kəsin mədəni həyatda iştirak etmə hüququ" adlı məruzə ətrafında çıxışı zamanı deyib.

"Gələcək nəsillərin formalaşmasında mədəniyyət əsas rol oynayır. Öz tarixinə, adət-ənənələrinə, mədəniyyətinə hörmət edən millət digər millətlərin mədəniyyətlərinə də hörmətlə yanaşmalıdır. Azərbaycanın tarixinə nəzər salsaq görərik ki, ölkəmiz uzun illər müxtəlif imperiyaların tərkibində olub. Amma buna baxmayaraq, biz öz dilimizi, musiqimizi, ənənələrimizi və mədəniyyətimizi qoruyub saxlıya bilmişik. Yaşadığımız müasir dünyanın müxtəlif yerlərində muharibə və münaqişələr baş verir, milyonlarla insan həlak olur. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində torpaqlarımızn 20 faizi işğal olunub, milyondan çox qaçqınımız var. Bu gün Azərbycan xalqı işğal altında olan torpaqlarımızda yerləşən tarixi və memarlıq abidələri, muzey və kitabxanaları istifadə etmək imkanından məhrum qalıb, onların mövcud vəziyyətindən xəbərsizdir. Buna baxmayaraq, biz heç vaxt öz mədəni irsimizi unutmuruq və daima onlarla qürur hissi duyuruq. Bu gün Azərbaycan təkcə iqtisadi sahədə deyil, eləcə də digər sahələrdə intensiv inkişaf edir", - Fətəliyeva bildirib.

Millət vəkili Azərbaycan Respublikasında sosial və maddi vəziyyətindən, milliyyətindən, irqindən, dini və cinsi mənsubiyyətindən asılı olmayaraq, mədəni dəyərlərin yaradılmasında, istifadə edilməsində və yayılmasında hər kəsin bərabər hüquqa malik olduğunu vurğulayıb.

"Biz bu sahədə yaranan bütün təhlükələri sivil dialoq yolu ilə həll etməliyik. Qeyd olunan məsələ bir necə müddət öncə Azrbaycanda keçirilən Dünya Mədəniyyətlərarası Forumu və Beynəlxalq Humanitar Forumunda da müzakirə olunub. Bu forumlar cəmiyyəti narahat edən bir çox məsələlərin həlli yollarının araşdırılması üçün geniş imkanlar yaratdı. Azərbaycan Prezidentinin sərəncamına əsasən, Bakıda hər il Beynəlxalq Humanitar Forumu keçiriləçək. Respublikamızda keçirilən Beynəlxalq Muğam festivalı, müxtəlif sərgilər, Mstislav Rostropoviç festivalı və s. daha çox sayda vətəndaşların ölkənin mədəni həyatında iştirakının təmin edilməsi üçün şərait yaradıb. Bu ilin may ayında keçiriləcək "Eurovision" mahnı müsabiqəsi isə bu sahədə öz mühüm töhfəsini verə bilər", - millət vəkili deyib.

Xəbər lenti

Xəbər lenti