Azərbaycan, Bakı, 26 yanvar / Trend /
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Davosda "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşüb.
Jan Kurtua ölkəmiz ilə əməkdaşlığın səviyyəsindən razılığını bildirdi, qeyri-qanuni proqram təminatının qarşısının alınmasında, piratçılığa qarşı mübarizədə Azərbaycanın regionda nümunə olduğunu vurğulayıb. Bildirib ki, təmsil etdiyi şirkət informasiya təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ilə əməkdaşlığa hazırdır.
Prezident İlham Əliyev Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük əhəmiyyət verildiyini, bu sahənin inkişafının ölkəmizdə prioritet elan edildiyini vurğulayıb.
Görüşdə "Microsoft"un böyük regional informasiya-hesablama mərkəzinin Azərbaycanda yaradılması məsələsi bir daha müzakirə edildi və bununla bağlı işlərin sürətləndirilməsi qərara alınıb.