...

Azərbaycanın xarici işlər naziri belçikalı həmkarı ilə görüşüb

Siyasət Materials 10 Fevral 2012 22:10 (UTC +04:00)
Cümə günü Brüsseldə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının xarici işlər naziri Didier Reynders ilə rəsmi görüşü keçirilib. Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın xarici işlər naziri belçikalı həmkarı ilə görüşüb

Azərbaycan, Bakı, 10 fevral /Trend/

Cümə günü Brüsseldə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının xarici işlər naziri Didier Reynders ilə rəsmi görüşü keçirilib. Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan və Belçika arasında ikitərəfli siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlarının mövcudluğu, Azərbaycanın regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rolu və Avropanın etibarlı tərəfdaşı olduğu, Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, regional və beynəlxalq məsələlər, Əfqanıstandakı vəziyyət, iki ölkə arasında diplomatik və xidməti pasportlara malik şəxslərə münasibətdə vizasız rejimin tətbiq olunması və digər məsələlər müzakirə olunmuşdur.

Hər iki tərəf ölkələr arasındakı münasibətlərin inkişafından məmnunluq ifadə etmiş və bu münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini qeyd etmişlər. Nazir E.Məmmədyarov görüşün sonunda Belçikalı həmkarını uyğun vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmişdir. Nazir D.Reynders dəvət üçün təşəkkür etmiş və yaxın zamanlarda Azərbaycana səfərinin baş tutacağına ümid etdiyini bildirmişdir.

Xəbər lenti

Xəbər lenti