...

İsrail İranı diplomatlara qarşı sui-qəsd törətməkdə təqsirləndirdi

Siyasət Materials 13 Fevral 2012 18:21 (UTC +04:00)
İsrailin Baş naziri Benyamin Netanyahu İranı İsrailin Hindistan və Gürcüstandakı diplomatik nümayəndəliklərinə avtomobillərə hücum etməkdə iştirakda təqsirləndirib.
İsrail İranı diplomatlara qarşı sui-qəsd törətməkdə təqsirləndirdi

Azərbaycan, Bakı, 13 fevral /Trend/

İsrailin Baş naziri Benyamin Netanyahu İranı İsrailin Hindistan və Gürcüstandakı diplomatik nümayəndəliklərinə avtomobillərə hücum etməkdə iştirakda təqsirləndirib. Bu barədə bazar ertəsi Trend RİA Novosti-yə istinadən məlumat verir.

Belə ki, Hindistanda baş verən partlayış zamanı bir nəfər xəsarət alıb, Gürcüstanda isə bomba vaxtında zərərsizləşdirilib.

Əvvəllər hökumət başçısı analoji sui-qəsdlərin Azərbaycan və Tailandda qarşısının alındığını bildirmişdi.

"Bu gün biz Hindistan və Gürcüstanda daha iki terror aktının şahidi olduq. İran onların arxasında dayanır və dünyada terrorun iri ixracatçısıdır", - Baş nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti