...

Arzu Rəhimov Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edildi

Siyasət Materials 13 Fevral 2012 20:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Arzu Rəhimovun Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Arzu Rəhimov Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edildi

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Arzu Rəhimovun Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Firudin Hilal oğlu Nəbiyev Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.

Xəbər lenti

Xəbər lenti