...

Azərbaycanın G20 sammitində iştirakı ölkənin iqtisadi uğurlarını əks etdirir - deputat

Siyasət Materials 16 Fevral 2012 16:37 (UTC +04:00)
Azərbaycanın G20 sammitində yüksək səviyyədə iştirakı ölkənin iqtisadi və siyasi uğurlarını əks etdirir.
Azərbaycanın G20 sammitində iştirakı ölkənin iqtisadi uğurlarını əks etdirir - deputat

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın G20 sammitində yüksək səviyyədə iştirakı ölkənin iqtisadi və siyasi uğurlarını əks etdirir. Bunu cümə axşamı Trend-ə azərbaycanlı politoloq, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov fevralın 18-20-də Meksikada G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

"Maliyyə uğurları Azərbaycanı ciddi investisiya imkanlarına malik ölkəyə çevirir və Azərbaycanın energetika, kommunikasiya sahəsində həyata keçirdiyi layihələr və ölkənin mühüm mərkəz olduğu Böyük İpək yolu sisteminin yaradılması dünyanın aparıcı ölkələrinin diqqətini cəlb edir. Hesab edirəm ki, məhz bu, ölkənin belə yüksək sammitdə iştirakının əsas səbəbidir", - Mollazadə deyib.

G20-yə üzv ölkələrlə yanaşı, iclasa 10 ölkə və bir təşkilat dəvət edilib: Afrika İttifaqı, Əlcəzair, Avstriya, Azərbaycan, Kamboca, Çili, Kolumbiya, Norveç, Sinqapur, İspaniya və BƏƏ.

Xəbər lenti

Xəbər lenti