...

Serbiyaya Avropa İttifaqına üzvlüyə namizəd statusu verildi – Fransa XİN

Siyasət Materials 27 Fevral 2012 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Aİ-nin 27 ölkəsinin XİN rəhbərləri Serbiyaya Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsinə dair qərarı bəyəniblər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Frans-Press" agentliyi Fransanın xarici işlər naziri Alen Jüpenin bəyanatına istinadən xəbər yayıb.

Ötən cümə günü Brüsseldə keçirilən danışıqlarda Serbiya və Kosovo regional əməkdaşlıq və buraxılış məntəqələrində birgə nəzarət üzrə sazişə nail olublar. Məlumatı RİA Novosti yayıb.

Xəbər lenti

Xəbər lenti