Azərbaycan, Bakı, 28 fevral / Trend, müxbir A.Tağıyeva /
Bu gün Türkiyə Parlamentində Xocalı soyqırımının tanınması məsələsi müzakirə olunacaq. Trend-in məlumatına görə, bu barədə Parlamentin məlumatında deyilir.
Parlamentin deputatı Sinan Oğan Xocalı soyqırımının rəsmən tanınması çağırışı ilə çıxış edəcək.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.