...

Hulusi Kılıç: Fransa Konstitusiya Şurası ədalətli mövqe nümayiş etdirdi

Siyasət Materials 29 Fevral 2012 13:57 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri Fransa Konstitusiya Şurasının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğvinə dair qərarını ədalətli mövqe adlandırıb.
Hulusi Kılıç: Fransa Konstitusiya Şurası ədalətli mövqe nümayiş etdirdi

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir E.İsmayılov/

Türkiyənin Azərbaycandakı səfiri Fransa Konstitusiya Şurasının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun ləğvinə dair qərarını ədalətli mövqe adlandırıb.

"Fransa azadlıqlar ölkəsidir. Fransanın şüarı azadlıq və bərabərlikdi. Əgər bu qanun qəbul edilsəydi, bu anlama gələrdi ki, bir toplumun mənfəti digərini üstələyir. Dolayısı ilə ermənilər istədiklərini söyləyəcəkdilər, orda yaşayan türklər və müsəlmanların ifadə azadlığı əllərindən alınacaqdı", - bunu çərşənbə günü Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib.

Diplomat bir daha israrla bildirib ki, siyasətçilər siyasəti, tarixçilər isə tarixi yazarlar.

"Bəzi səbəblərdən dolayı ermənilərin lehinə olan bu qərarı qəbul edən bəzi ölkələrin də bu qərarı ləğv edəcəyinə ümid edirəm. Bu, haqsızlıqdı və eyni zamanda regiondakı vəziyyəti daha da çətinləşdirən bir addımdır", - Kılıç əlavə edib.

Konstitusiya Şurası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu ləğv etdikdən sonra Fransa Prezidenti Nikola Sarkozinin bu istiqamətdə dərhal yeni bir qanunun hazırlanması istəyinə münasibət bildirən səfir deyib ki, bütün türk xalqını hədəfə götürən belə bir qərar Fransanın mənfəətinə xidmət etmir. Bu, ancaq Sarkozinin öz istəklərini həyata keçirmək üçün olan addımıdır.

"Mən Azərbaycan Prezidentinin, Parlamentinin və bütün siyasi dairələrinin buna qarşı göstərdiyi sərt reaksiyaya görə təşəkkür edirəm. Bu, bir daha sübut etdi ki, biz bir millət, iki dövlətik", - səfir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti