...

Elmar Məmmədyarov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib

Siyasət Materials 1 Mart 2012 14:25 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir S.Ağayeva/

Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Xalid Şamim Vaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı pakistanlı qonaq ölkəsinin ictimai-siyasi durumu barədə ətraflı məlumat verərək, Pakistanın üzləşdiyi təhdid və çağırışlardan bəhs edib və Pakistanın Əfqanıstanda sülh və təhlükəsizliyin bərqərar olması üçün strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarov Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidə Azərbaycanın mövqeyini qəti şəkildə dəstəkləməsini yüksək qiymətləndirdiyini bildirib.

Tərəflər arasında regional məsələlər, eyni zamanda qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti