...

Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq regionda sülh və təhlükəsizlik naminə daha da genişlənəcək

Siyasət Materials 5 Mart 2012 12:59 (UTC +04:00)
Hörmətli Vladimir Vladimiroviç, Rusiya Federasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin seçkilərdə qələbəniz rusiyalıların Sizə və Sizin ölkədə siyasi və sosial sabitliyin, iqtisadi artımın təmin edilməsinə, demokratik təsisatların daha da inkişaf etməsinə, qanunçuluğun və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyətin həyatında mənəvi, əxlaqi dəyər və normaların müdafiəsinə yönəlmiş proqramınıza yüksək etimad göstərmələrinə dəlalət edir
Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq regionda sülh və təhlükəsizlik naminə daha da genişlənəcək

Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

"Hörmətli Vladimir Vladimiroviç, Rusiya Federasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin seçkilərdə qələbəniz rusiyalıların Sizə və Sizin ölkədə siyasi və sosial sabitliyin, iqtisadi artımın təmin edilməsinə, demokratik təsisatların daha da inkişaf etməsinə, qanunçuluğun və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyətin həyatında mənəvi, əxlaqi dəyər və normaların müdafiəsinə yönəlmiş proqramınıza yüksək etimad göstərmələrinə dəlalət edir" Trend-in məlumatına görə, İlham Əliyevin təbrik məktubunda bildirilib.

Dövlət başçısı təbrik məktubunda deyib ki, ölkələrimiz arasında çoxəsrlik xoş ənənələrə əsaslanan dostluq, mehriban qonşuluq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf edir.

"Əminəm ki, bizim birgə səylərimiz sayəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlətlərarası qarşılıqlı fəaliyyət, strateji tərəfdaşlıq xalqlarımızın rifahı, regionda sülh, sabitlik və təhlükəsizlik naminə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Əziz Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Dost Rusiyanın tərəqqisi naminə dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar diləyirəm!" İlham Əliyev təbrik məktubunda deyib.

Xəbər lenti

Xəbər lenti