...

GUAM XİN rəhbərləri Praqada görüşüblər

Siyasət Materials 5 Mart 2012 16:39 (UTC +04:00)
GUAM ölkələrinin xarici işlər nazirləri Praqada "Şərq Tərəfdaşlığı", "Vışeqrad qrupu" və Baltikyanı ölkələrin, eləcə də hazırda Aİ Şurasına sədrlik edən Danimarkanın XİN rəhbərlərinin bazar ertəsi Çexiyada keçirilən qeyri-formal görüşü çərçivəsində görüşüblər.
GUAM XİN rəhbərləri Praqada görüşüblər

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir S.Ağayeva/

GUAM ölkələrinin xarici işlər nazirləri Praqada "Şərq Tərəfdaşlığı", "Vışeqrad qrupu" və Baltikyanı ölkələrin, eləcə də hazırda Aİ Şurasına sədrlik edən Danimarkanın XİN rəhbərlərinin bazar ertəsi Çexiyada keçirilən qeyri-formal görüşü çərçivəsində görüşüblər. Trend-in məlumatına görə, bu barədə məlumat XİN-in Twitter-dəki rəsmi səhifəsində yerləşdirilib.

Görüş təşkilata sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi altında keçirilib.

Məmmədyarov səfəri çərçivəsində həmçinin "Şərq Tərəfdaşlığı", "Vışeqrad qrupu" və Baltikyanı ölkələrin, eləcə də Danimarkanın XİN rəhbərlərinin işgüzar naharında iştirak edib. Bu barədə bir müddət əvvəl Azərbaycan XİN-in mətbuat xidməti məlumat verib.

Xəbər lenti

Xəbər lenti