...

Xəzəryanı dövlətlərin işçi qrupunun növbəti görüşü Aşqabadda keçiriləcək

Siyasət Materials 6 Mart 2012 11:06 (UTC +04:00)
Xəzəryanı dövlətlərin işçi qrupunun növbəti görüşünün martın 20-nə kimi Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi gözlənilir.
Xəzəryanı dövlətlərin işçi qrupunun növbəti görüşü Aşqabadda keçiriləcək

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir T.Cəfərov /

Xəzəryanı dövlətlərin işçi qrupunun növbəti görüşünün martın 20-nə kimi Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi gözlənilir. Bunu İran Prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə deyib. Trend-in məlumatına görə, bu barədə MEHR xəbər agentliyi məlumat verir.

O deyib ki, görüşdə əsasən Xəzər dənizinin hüquqi statusuna aid olan konvensiya layihəsində açıq qalan məsələlərin müzakirəsinin davam etdirilməsi və dövlət başçılarının görüşünün proqramının hazırlanması işləri aparılacaq.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti