...

Rusiya və Azərbaycan Qəbələ RLS üzrə danışıqların yekunlaşdırılmasına yaxındır - Rusiya XİN rəhbərinin müavini

Siyasət Materials 6 Mart 2012 14:05 (UTC +04:00)
Rusiya və Azərbaycan Qəbələ radiolokasiya stansiyasının (RLS) icarəsi üzrə danışıqların başa çatdırılmasına yaxındır.
Rusiya və Azərbaycan Qəbələ RLS üzrə danışıqların yekunlaşdırılmasına yaxındır - Rusiya XİN rəhbərinin müavini

Azərbaycan, Bakı, 6 mart /Trend/

Rusiya və Azərbaycan Qəbələ radiolokasiya stansiyasının (RLS) icarəsi üzrə danışıqların başa çatdırılmasına yaxındır. Trend-in RİA-Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Biz hazırda danışıqların yekunlaşdırılmasına əvvəlkindən daha yaxınıq", - nazir müavini deyib.

"Qəbələ RLS üzrə Azərbaycan ilə danışıqlar məsələsində bizim müəyyən tərəqqimiz var, hərçənd icarə haqqının məbləği və icarə şərtləri ilə bağlı müəyyən məqamlar mövcuddur", - o vurğulayıb.

Ryabkov qeyd edib ki, Rusiya XİN və Müdafiə Nazirliyi Qəbələ RLS üzrə Azərbaycanla danışıqları hazırda özünün prioriteti hesab edir.

Qeyd edək ki, Azərbaycanın Qəbələ rayonu yaxınlığında yerləşən Qəbələ RLS SSRİ-nin raket əleyhinə müdafiə sisteminin ən vacib elementi olub. Qəbələ RLS-in icarə və istifadə şərtləri haqqında sazişin müddəti 2012-ci il dekabrın 24-də başa çatır.

Xəbər lenti

Xəbər lenti