...

İrana müdaxilə bütün regionda sabitliyin pozulmasına səbəb olacaq – Abdullah Gülün müşaviri

Siyasət Materials 10 Mart 2012 13:47 (UTC +04:00)
Türkiyə hansısa xarici qüvvənin İrana istənilən müdaxiləsini dəstəkləmir.
İrana müdaxilə bütün regionda sabitliyin pozulmasına səbəb olacaq – Abdullah Gülün müşaviri

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbirlər E.Tarıverdiyeva, R.Hafizoğlu/

Türkiyə hansısa xarici qüvvənin İrana istənilən müdaxiləsini dəstəkləmir. Bu barədə şənbə günü Trend-ə Türkiyə Prezidentinin Yaxın Şərq məsələləri üzrə müşaviri Erşad Hörmüzlü İsrail və ABŞ tərəfindən İrana hücumun mümkünlüyü ilə bağlı suala cavab verərkən bildirib.

"Türkiyə belə addımı dəstəkləmir. Bu, bütün regionda sabitliyin pozulmasına gətirib çıxaracaq", - o deyib.

Bir az əvvəl Tehranın Livandakı səfiri Qəzənfər Ruknabadi bildirib ki, ABŞ və İsrail İranın nüvə obyektlərinə zərbə endirsələr, İran bu ölkələrin regiondakı bazalarına 11 minə yaxın raket buraxacaq.

Xəbər lenti

Xəbər lenti