Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir S.Ağayeva /
Bakıda Azərbaycan-Qazaxıstan siyasi məsləhətləşmələri keçirilir. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan XİN-dən xəbər verilib.
Məsləhətləşmələrdə iştirak etmək üçün Qazaxıstanın xarici işlər nazirinin müavini Amangeldi Jumabayevin başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və nazirin müavini Xələf Xələfovla danışıqların aparılacağı gözlənilir.
Görüşlər zamanı bəzi beynəlxalq və ikitərəfli hüquqi sənədlərin və sazişlərin müzakirəsi planlaşdırılır, eləcə də Azərbaycan tərəfindən beynəlxalq EXPO-2017 sərgisinin Qazaxıstan paytaxtında keçirilməsi üçün Astananın namizədliyini dəstəkləməklə bağlı xahiş ifadə olunacaq.