...

Masallıda Gənclər Mərkəzinin açılışı olub

Siyasət Materials 13 Mart 2012 17:26 (UTC +04:00)
Prezident İlham Əliyev martın 13-də Masallı rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak edib
Masallıda Gənclər Mərkəzinin açılışı olub

Prezident İlham Əliyev martın 13-də Masallı rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, mərkəzin tikintisinə 2011-ci ildə başlanmışdır.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır. Birinci mərtəbədə 3D formatlı 120 tamaşaçı yeri olan kino zalı, sərgi salonu, elektron və pnevmatik tir otaqları, pleysteyşn otağı və rəsm qalereyası vardır. İkinci mərtəbədə isə 30 nəfərlik konfrans zalı, xarici dil kursu, 15 nəfərlik kompyuter kursu, elektron və multimedia kitabxana, karaoke otağı və kafe yerləşir.

Qeyd edildi ki, mərkəzdə müasir işıq, istilik, havalandırma və ən son texnologiyaya əsaslanan səs avadanlığı quraşdırılmışdır. Bütün kompyuterlər yüksək surətli internetə qoşulmuşdur. Bütövlükdə yeni mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində və onların intellektual səviyyələrinin artırılmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev Gənclər Mərkəzinin konfrans zalında Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonundan olan gənclərinin nümayəndələri ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti