...

Azərbaycan Prezidenti Belçika Kralına başsağlığı verib

Siyasət Materials 14 Mart 2012 18:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Belçika Kralı II Albertə başsağlığı verib.
Azərbaycan Prezidenti Belçika Kralına başsağlığı verib

Azərbaycan, Bakı, 14 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Belçika Kralı II Albertə başsağlığı verib.

"İsveçrədə baş vermiş ağır avtomobil qəzası nəticəsində əksəriyyəti uşaqlar olan həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram", - başsağlığında deyilir.

Xəbər lenti

Xəbər lenti