...

Rusiyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 17 Mart 2012 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend müxbir E. Tariverdiyeva/

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin əvvəlində Azərbaycana səfər edəcək. Bu barədə şənbə günü Trend Rusiya diplomatik mənbəyə istinadən xəbər verir.

"Ehtimala görə, Rusiyanın XİN başçısının Bakıya səfəri aprelin 3-4-də baş tutacaq" - mənbə deyib.

Aprel ayında Azərbaycan və Rusiya diplomatik münasibətlərinin qurulmasının 20-illiyi qeyd edilir.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsinin həcmi, 2011 il yanvar-noyabrın nəticəsinə görə 2,6 milyard dollar təşkil edib və 1,5 milyard dollar Rusiya mallarının idxalının hesabına təmin edilib.

Xəbər lenti

Xəbər lenti