...

Suriya ordusu Livan sərhədini keçib

Siyasət Materials 27 Mart 2012 15:10 (UTC +04:00)
Suriya ordusu Livan sərhədini keçərək müxalifətin silahlı dəstələri ilə döyüşlərə başlayıb.
Suriya ordusu Livan sərhədini keçib

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir A.Tağıyeva/

Çərşənbə axşamı Suriya ordusu Livan sərhədini keçərək müxalifətin silahlı dəstələri ilə döyüşlərə başlayıb. Bu barədə Trend TRT Haber telekanalına istinadən məlumat verir.

Suriyada hökumət əleyhinə çıxışlar artıq bir ildən çoxdur davam edir. Son aylar bu çıxışlar amansız silahlı toqquşmalara çevrilib. BMT-nin məlumatına görə, ölkədə qurbanların ümumi sayı 8 min nəfərə çatıb. Öz növbəsində, Suriya hakimiyyəti bəyan edir ki, toqquşmalarda 2 mindən çox hərbi qulluqçu və hüquq-mühafizə orqanı əməkdaşı həlak olub. Onlara qarşı yaxşı silahlanmış yaraqlılar mübarizə aparırlar.

Xəbər lenti

Xəbər lenti