...

Pakistan mətbuatı Ermənistanın Azərbaycan xalqına qarşı apardığı işğalçı və soyqırım siyasəti barədə məqalə dərc edib

Siyasət Materials 29 Mart 2012 11:12 (UTC +04:00)
Pakistanın ən nüfuzlu ingilisdilli qəzetlərindən sayılan "Daily Times"-ın 29 mart saylı buraxılışında "31 Mart - Azərbaycanlıların soyqırımı günü" adlı məqalə dərc edilib.
Pakistan mətbuatı Ermənistanın Azərbaycan xalqına qarşı apardığı işğalçı və soyqırım siyasəti barədə məqalə dərc edib

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Mehdiyev/

Pakistanın ən nüfuzlu ingilisdilli qəzetlərindən sayılan "Daily Times"-ın 29 mart saylı buraxılışında "31 Mart - Azərbaycanlıların soyqırımı günü" adlı məqalə dərc edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, məqalədə Azərbaycan xalqının hər il martın 31-də 20-ci əsrdə baş vermiş faciəli hadisələrini yad etdiyini və həmin günün Azərbaycanlıların soyqırımı kimi qeyd olunduğu vurğulanıb. Qeyd olunub ki, əsrlər boyu böyük Ermənistan xülyası ilə yaşayan erməni şovinistləri öz məkrli niyyətlərinə çatmaq üçün hər vasitələrə əl atıb, dinc əhaliyə qarşı misli görünməmiş cinayətlər törədib.

Yazıda Azərbaycan tarixinə ekskurs edilərək, Gülüstan və Türkmənçay müqavilələrindən dərhal sonra Rus İmperatorunun fərmanına əsasən İravandan və Türkiyədən Azərbaycanın tarixi torpaqlarına on minlərlə ermənilərin köçürüldüyü bildirilib.

Daha sonra, 1918-ci ildən başlayaraq təpədən dırnağa qədər silahlanmış erməni millətçilərinin rus bolşevikləri ilə birgə Azərbaycanın Bakı, Şamaxı, Quba, Naxçıvan, Lənkəran və digər şəhərlərində 50 mindən çox günahsız insanı qəddarcasına öldürdükləri, həmin ərazilərdə yüzlərlə kəndləri yer üzündən sildikləri vurğulanıb. Oxucuların nəzərinə çatdırılıb ki, 1918-ci ildə Azərbaycanın tarixi torpaqlarında Ermənistan Respublikasının yaradılmasına baxmayaraq, erməni millətçiləri qonşu Azərbaycan və Gürcüstana torpaq iddialarından əl çəkməyiblər.

"Daily Times"-ın məqaləsində ikinci dünya müharibəsindən sonra Yaxın Şərq və bəzi Avropa ölkələrindən Ermənistana 509 min ermənilərin köçürüldüyü qeyd olunub. Bildirilib ki, həmin köçkünlərin yerləşdirilməsində çətinlik çəkdikləri bəhanəsi ilə Ermənistan rəhbərliyi 1947-ci ildə on minlərlə Azərbaycanlının öz dədə-baba torpaqlarından respublikamızın Aran rayonlarına köçürülməsinə nail olub.

Məqalədə qeyd olunub ki, 80-ci illərin sonunda SSRİ-də başlayan islahatlardan sui-istifadə edən ermənilər sınaqdan keçmiş ssenarilərini yenidən işə salıb, Azərbaycana qarşı torpaq iddiaları qaldırıblar. Oxucuların nəzərinə çatdırılıb ki, ardıcıl mənəvi və fiziki təzyiqlər nəticəsində 250 mindən çox azərbaycanlılar Ermənistandan didərgin salınıb və bununla da ermənilər ölkələrini monoetnik respublikaya çevirmək planına nail olublar.

Daha sonra "Daily Times"-ın yazısında Ermənistanın apardığı işğalçı siyasət nəticəsində Azərbaycanın 20 faiz torpaqlarının işğala məruz qaldığı, 30 mindən çox insanın həyatına son qoyulduğu, bir milyon insanın isə qaçqın həyatı yaşadığı qeyd olunub.

Məqalənin Dağlığ-Qarabağ konfliktinin ən faciəli səhifəsi olan Xocalı soyqırımından bəhs edilən hissəndə mülki əhaliyə qarşı edilən barbarlıq, yüzlərlə uşaq, qadın və ahılların xüsusi amansızlıqla qətlə yetirilməsi haqqında məlumatlar verilib.

Yazıda 18 oktyabr 1991-ci ildə müstəqillik qazanan Azərbaycanın öz tarixinin faciəli səhifələrini nəzərdən keçirtmək və xalqına qarşı aparılmış soyqırımı siyasətinə müvafiq hüquqi qiymət vermək imkanı əldə etdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olunub.

Xəbər lenti

Xəbər lenti