...

Ukrayna Ali Radasının sədri Azərbaycana səfərə gəlir

Siyasət Materials 30 Mart 2012 11:29 (UTC +04:00)
Ukrayna Ali Radasının sədri Vladimir Litvin yaxın günlərdə Azərbaycana səfər edəcək.
Ukrayna Ali Radasının sədri Azərbaycana səfərə gəlir

Azərbaycan, Bakı, 30 mart / Trend müxbir M.Əliyev/

Ukrayna Ali Radasının sədri Vladimir Litvin yaxın günlərdə Azərbaycana səfər edəcək. Bu barədə razılıq MDB PA-nın Almatıda keçirilən 20 illik yubileyi çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovla Ukrayna Ali Radasının sədri Vladimir Litvin arasında keçirilən görüş zamanı əldə olunub.

Trend-in məlumatına görə, Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, sədrlərin görüşündə Azərbaycan və Ukrayna xalqlarının əlaqələrinin ənənəvi dostluq münasibətlərinə əsaslandığı qeyd olunub. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra ikitərəfli münasibətlər strateji xarakter səviyyəsinə yüksəlib. İndi Ukrayna ilə Azərbaycan arasında, demək olar ki, həyatın bütün sahələrində, o cümlədən iqtisadiyyat, mədəniyyət, elm, təhsil, humanitar və digər sahələrdə yüksək səviyyəli əlaqələr mövcuddur. Bir sıra iqtisadi proqramlar çox uğurla həyata keçirilib və bu istiqamətdə daha böyük potensial imkanlar mövcuddur.

Xəbər lenti

Xəbər lenti