...

Samvel Arutyunyan: Ermənistanda ölülər ən fəal seçicilərdir

Siyasət Materials 3 Aprel 2012 10:51 (UTC +04:00)
Ermənistanda ölülər ən fəal seçicilərdir - Samvel Arutyunyan
Samvel Arutyunyan: Ermənistanda ölülər ən fəal seçicilərdir

Azərbaycan, Bakı, 3 aprel /Trend/

37 saylı seçki dairəsindən müstəqil namizədliyini irəli sürmüş Samvel Arutyunyan mətbuat konfransı zamanı bəyan edib ki, seçki qabağı təbliğat kampaniyası rəsmən hələ başlamasa da, Sünik qubernatoru Suren Xaçatryan artıq qeyri-qanuni metodlarla vətəndaşları Ermənistan Respublika Partiyasının namizədi Ayik Qriqoryana səs verməyə çağırır.

"Keçən dəfə olduğu kimi Suren Xaçatryan özbaşınalığını həyata keçirməyə başlayıb. Bir həftə əvvəl o bütün dövlət məmurlarını Gorus Dram Teatrının böyük zalına toplayıb və öz manerasına xas olan tərzdə hamını ERP-dən olan namizədin xeyrinə işləməyə çağırıb", - Trend-in Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, Arutyunyan deyib.

O həmçinin qeyd edib ki, son illər Suren Xaçatryanın fəal müdaxiləsi ilə hakimiyyət Sünikdə yüksək göstəricilər qeydə alıb.

"Seçicilərin sayı gedən, olmayan və ölənlərin hesabına artır. Belə çıxır ki, onlar bizim ölkəmizdə ən fəal seçicilərdir", - Arutyunyan deyib.

Xəbər lenti

Xəbər lenti